O, İnfantinonu seçkidə rəqibsiz qoymayacaq

17.11.2026 14:11 0
Dünya futbolu
2027-ci il martın 18-də FİFA-nın prezidenti vəzifəsinə seçki keçiriləcək.

Bilindiyi kimi, təşkilatın hazırkı rəhbəri Canni İnfantino postunu qorumaq üçün namizədliyini yenidən irəli sürəcək. Artıq onun ilk rəqibi müəyyənləşib.

UEFA-nın İcraiyyə Komitəsi Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallonun FİFA-nın prezidenti vəzifəsinə namizədliyini rəsmən dəstəkləyib. Qərar UEFA-nın prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən xüsusi iclasda yekdilliklə qəbul olunub.

Diallo namizədliyini irəli sürmək təklifini qəbul edib. FFF-nin İcraiyyə Komitəsinin noyabrın 17-də keçiriləcək iclasında onun namizədliyinin rəsmən təsdiqlənəcəyi gözlənilir.