"Araz-Naxçıvan"dan Qara və Slaviklə bağlı qərar

3.06.2025 11:25 18
Ölkə futbolu
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Slavik Alxasov və Qara Qarayev 2025-26-ci illər mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdi.

Qeyd edək ki, buna qədər klub baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla da yeni müqavilə imzalayıb.