Milli komandanın yeni rekordçusu oldu

17.11.2026 14:41 0
Dünya futbolu
Endryu Robertson Şotlandiya yığmasının yeni rekordçusu olub.

O, Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçrəyə 0:4 hesabıyla uduzduqları oyunda iştirak edib. Müdafiəçi milli formada 103-cü dəfə meydana çıxmaqla yığmanın sabiq hücumçusu Kenni Dalqlişi (102) arxada qoyub.

32 yaşlı Endryu Şotlandiya yığmasında 2014-cü ildən çıxış edir. “Tottenhem”in müdafiəçisi milli formada 4 qol vurub.