Melo daha bir il "Araz-Naxçıvan"da

8.06.2025 14:15 10
Ölkə futbolu
"Araz-Naxçıvan" futbolçusu Vanderson Melonun gələcəyi ilə bağlı qərar qəbul edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Melo 2023-cü ilin iyul ayından Naxçıvan təmsilçisinin fomasını geyir.

Xatırladaq ki, "Araz-Naxıvan" bunadək Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqaviləni uzadıb.