"Napoli" İtaliya futbolunda ilkə imza atdı

5.10.2022 13:50 380
Dünya futbolu
"Napoli" İtaliya futbolunda ilkə imza atıb.

"Football-plus.az" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Ayaks"a qalib gəlməklə rekord müəyyənləşdirib.

"Napoli" Çempionlar Liqasının səfər matçında 6 qol vuran ilk İtaliya klubu olub.

Qeyd edək ki, qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanan Luçano Spalettinin komandası 9 xalla qrup lideridi.