Avstraliya DÇ-2034-ə iddia edir

7.08.2023 22:30 261
DÇ 2026
Avstraliya 2034-cü ildə keçiriləcək dünya çempionatına evsahibliyi etmək istəyir. Bu ölkə artıq məsələyə görə FİFA-ya müraciət edib.

“Football-plus.az” xəbər verir ki, haqda Avstraliya Futbol Federasiyasının baş direktoru Ceyms Conson belə açıqlama verib: “Qadınlar arasında dünya çempionatına uğurla evsahibliyi edirik. Bu mundialı digər yarışlar üçün tramplin kimi görürük. Diqqətimizi DÇ-2034-ə və 2029-cu ildə reallaşacaq Klublararası Dünya Çempionatına yönəldəcəyik”.

Qeyd edək ki, hazırda Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatına avqustun 20-də yekun vurulacaq.