"Sabah" Maludanı birdəfəlik aldı - RƏSMİ

9.01.2026 13:34 21
Ölkə futbolu
"Sabah" vinger Aaron Maludanın transfer hüququna yiyələnib.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı futbolçunun icarəsinə dair Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.

Fransalı futbolçu ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qol vurub.