İtaliya klubunda yeni təyinat

3.07.2024 20:34 292
Dünya futbolu
“Empoli”nin yeni baş məşqçisi müəyyənləşib.

Komandaya Roberto D’Aversa təyinat alıb. İtaliya klubunun rəsmi saytının məlumatına görə, 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. D’Aversa baş məşqçi vəzifəsində Davide Nikolanı əvəzləyib. İtaliyalı məşqçi əvvəllər “Parma”, “Sampdoriya” və “Leççe”ni çalışdırıb.

Xatırladaq ki, “Empoli” A seriyasında son mövsümü 17-ci yerdə başa vurub.