İtaliya klubunda yeni təyinat

16.06.2024 12:00 334
Dünya futbolu
Alessandro Nesta yeni təyinat alıb.

“Football-plus.az” xəbər verir ki, İtaliya yığmasının sabiq müdafiəçisi “Montsa”ya baş məşqçi təyin olunub. A seriyasında çıxış edən klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Raffaele Palladinonu əvəzləyib.
Nestanın sonuncu iş yeri B seriyasında çıxış edən “Reccana” komandası olub.