“Napoli”də daha bir yeni oyunçu

14.07.2024 23:18 243
Dünya futbolu
“Napoli” heyətini daha bir yeni oyunçu ilə gücləndirib.

Neapol klubu “Torino”dan Alessandro Buoncornonu heyətinə cəlb edib. İtaliya yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. “Napoli” bu transfer üçün Turin klubuna 35 milyon avro ödəyib.

25 yaşlı müdafiəçi ötən mövsüm “Torino”un formasında A seriyasında 29 matçda meydana çıxıb və 3 qol vurub.