"Sabah" "Anji"nin yetirməsini transfer etdi

1.07.2025 21:27 21
Ölkə futbolu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb.

Fransanın “Anje” klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.