“Sayımız o qədər də çox olmayacaq” – “Red Black Army” Lökbatana gedir

19.09.2024 14:33 257
Aktual / Ölkə futbolu
“Qəbələ” bu gün 1-ci liqanın 2-ci turunda “Qaradağ Lökbatan”ın qonağı olacaq.

Bilindiyi kimi, hər iki komandanın məqsədi çempion olmaqdı. Belədə azarkeşlər “qırmızı-qaralar”ı səfərdə tək qoymamalı və kollektivin uğuruna təkan verməlidi. Bəs tərəfdarlar “Qəbələ”ni dəstəkləmək üçün Lökbatana yollanacaqmı?

Bu suallarla “Red Black Army” fanklubunun rəhbəri Cavad Şərifliyə müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“Çempionat hələ yeni başlayıb. İlk oyunlar keçirilir. Komandamıza inanırıq. Həmişə olduğu kimi, bu dəfə də “Qəbələ”ni səfərdə dəstəkləmək üçün tribunalarda olacağıq. Düzdü, sayımız o qədər də çox olmayacaq. Lakin burda əsas məsələ say yox, komandanı tək qoymamaqdı. Ümid edirik ki, “Qəbələ” səfərdə qələbə qazanacaq. Komandamıza uğurlar arzulayırıq”.

Xatırladaq ki, “Qaradağ Lökbatan” – “Qəbələ” oyunu saat 16.00-da başlayacaq.

KƏNAN BAHADIR