“Yayılan xəbərdə düz olan heç nə yoxdu” - Firuz Abdulla ittihama cavab verdi

20.07.2024 15:30 1 073
Ölkə futbolu / Manşet
“Səbail” büdcə ilə bağlı söz-söhbətin ardından özünü yeni qalmaqalın içində görüb.

Bu dəfə Şahin Diniyevlə rəhbərlik arasında soyuq küləklərin əsdiyi deyilir. İdidialara görə baş məşqçi klubun icraçı direktoru Firuz Abdulla və idman direktoru Zamiq Hüseynovdan ASCO rəhbərliyinə şikayət edib. Diniyev iddia edib ki, adı çəkilən şəxslər onun normal fəaliyyət göstərməsinə mane olur, iş prosesində problemlər yaradır. Hətta baş məşqçi deyib ki, hər iki şəxs bir çox yerlərdə əleyhinə fikirlər söyləyir, kollektiv daxilində təfriqə yaradır.

Bütün deyilənlərlə bağlı Firuz Abdulla ilə əlaqə saxladıq:

“Şahin Diniyevlə 5 dəqiqə əvvəl bir yerdəydik. Həmin məlumat tam əsassızdı. Bəzi mətbu orqanlar deyir ki, Şahin Diniyev məndən və idman direktoru Zamiq bəydən şikayət edib. Hərçənd o xəbərdə mənim vəzifəm də, Zamiq müəllimin soyadı da səhv yazılıb. Yayılan o xəbərdə düz olan heç nə yoxdu. Nə mən, nə də Zamiq bəy baş məşqçidən şikayət etmişik. Klubda da onların dediyi hər hansı formada daxili intriqa, təfriqə yoxdu”.

RÖYANƏ OĞUZ