Qeyd olunanlarla bağlı mövqeyini öyrənmək məqsədilə “dənizçilər”in icraçı direktoru Firuz Abdulla ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Düzdü, büdcəmiz premyer-liqa səviyyəsində olmayacaq. Amma müəyyən maliyyə dayaqlarımız var. “ASCO” ilə danışıqlarımız davam edir. Ola bilər ki, yenidən sponsorluq müqaviləsi imzalayaq. Belədə maddi gücümüz daha da artacaq. Ötən mövsüm büdcəmizə qənaət etməyimizlə bağlı məsələyə gəlincə, bu, maliyyə sirridi. Ancaq təkzib etmirəm. Qənaət etmişik və bu sayədə müəyyən büdcə formalaşdırmışıq”.
Xatırladaq ki, premyer-liqada 2024/25 mövsümünü sonuncu pillədə başa vuran “Səbail” 1-ci liqaya düşüb.KƏNAN BAHADIR





