“Bəli, mövsümün sonunda ASKO ilə müqavilə müddəti başa çatır” – Firuz Abdulla

24.05.2025 14:31 49
Aktual / Ölkə futbolu
Mövsümün sonunda elitanı tərk edəcək “Səbail”də maliyyə sıxıntısının artacağı aydındı. Üstəlik klubla baş sponsor ASKO arasında müqavilə müddəti də başa çatır.

Bəs gələn mövsüm 1-ci liqada mübarizə aparacaq “dənizçilər”in taleyi necə olacaq? Sualı klubun icraçı direktoru Firuz Abdullaya ünvanladıq:

“Bəli, mövsümün sonunda ASKO ilə müqavilə müddəti başa çatır. Yeni müqavilənin imzalanıb-imzalanmayacağı ilə bağlı sponsorla müzakirə aparılacaq və ictimaiyyətə məlumat veriləcək. Müvafiq olaraq, digər sponsorla bağlı məsələyə də qeyd etdiyim müzakirələrdən sonra aydınlıq gətiriləcək”.

MÜZƏFFƏR QULUZADƏ