"Difai" 1-ci liqadakı yerini qorudu

28.05.2025 18:15 28
Ölkə futbolu
Bu gün 2025/26 mövsümündə 1-ci liqada çıxış edəcək sonuncu komanda bəlli olub.

"Football-plus.az" xəbər verir ki, pley-off oyununda 1-ci liqaya vəsiqə uğrunda “Difai” və “Hypers Quba” qarşılaşıb.

“ASCO Arena”da keçirilən görüş "Difai"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ağsu təmsilçisi 1-ci liqadakı yerini qoruyub.

Xatırladaq ki, "Difai" 1-ci liqada mövsümü 9-cu pillədə başa vurub. Quba təmsilçisi isə 2-ci liqada 4-cü olub.