Məlikov idarəçiliklə bağlı məqama da toxundu:
“Hakimlər bəzən yanlış qərarlar verir. 3-4 oyunda rəqibə qələbə qazandırılırsa, itirilən xallar gələcəkdə təsirini göstərir. Dünən oyunçumuz diz qapağından ciddi zədə aldı. Meydanı xərəkdə, göz yaşları içində tərk etdi. Axşama qədər xəstəxanada qalmışıq. Hakim qırmızı vərəqəlik qayda pozuntusunda nəinki vərəqə göstərdi, heç cərimə zərbəsi belə təyin etmədi".
Məlikov Ağsu təmsilçisinin liqadan çəkilmə ehtimalını da vurğuladı:
“İkinci liqada iştirakımız haqda hələ ki qərar verməmişik. Belə hakimlik, belə yanaşmalar varsa, davam etməyə dəyməz. Dekorlar dəyişir, artistlər dəyişir, səhnə dəyişmirsə, burda qalmağın xeyri varmı, yoxmu - aydınlaşdırılmalıdı. Klubun fəaliyyətini dayandırması ehtimalını da nəzərdən keçiririk".
Xatırladaq ki, dünən keçirilən MOİK - "Difai" oyununda 0:4 uduzan qonaqlar 1-ci liqa ilə vidalaşıb.
MURAD ABDULLAZADƏ





