Bəs, yeni baş məşqçi axtarışı başlayıbmı? Təyinat nə vaxt reallaşacaq?
Bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Çətin mövsümü arxada qoyduq. İndi komanda, rəhbərlik istirahətdədi. Tətil günləri bitəndən sonra baş məşqçi məsələsiylə bağlı işlərə başlanacaq. Sizin vasitənizlə azarkeşlərdən, futbol ictimaiyyətindən xahiş edirik ki, yalnız klub tərəfindən açıqlanan xəbərlərə etimad etsinlər, başqa məlumatlara güvənməsinlər. Bəzən mətbuatda yanlış informasiyalar dərc olunur".
KƏNAN BAHADIR





