Bu gün və ya sabah... – “Sumqayıt”dan Vaqif Cavadov cavabı

8.01.2025 16:54 401
Aktual / Ölkə futbolu
Bildiyimiz kimi, “Sumqayıt” yanvarın 6-da təlim-məşq toplanışına start verib. Mövsümün gedişində Samir Abasovun əvəzinə baş məşqçi postuna Vaqif Cvadovu gətirən “gənclik şəhəri” təmsilçisi hələ də mütəxəssisin statusuna aydınlıq gətirməyib.

Görəsən, Vaqif Cavadovun baş məşqçi statusu nə vaxt dəqiqləşəcək? Bu sualı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanladıq, o isə bu gün və ya sabah klub tərəfindən rəsmi açıqlama olacağını söylədi.

ƏSƏD SEYİDOV