"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Rafael Məhərrəmli ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı sağ cinah müdafiəçisinin klubla müqavilə müddəti başa çatıb.
Xatırladaq ki, "Şamaxı" daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu və Arsen Ağcabəyovla yollarını ayırıb.