Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' 9 ildən sonra qayıtdığı premyer-liqada mövsümə başgicəlləndirici bir start verib.
Büdcəsinə görə premyer-liqada ən zəiflədən olan və yalnız elitada qalmaq üçün oynayacağı gözlənilən ''pələnglər'' hələ ki, bütün proqnozları alt-üst edirlər. İlk turda evdə ''Mançester Yunayted'' üzərində 2:0 hesablı sensasion qələbə qazanan ''Hall Siti'' 2-ci turda digər debütant ''Koventri''nin qonağı olub. Sergey Yakiroviçin çalışdırdığı komanda bu görüşdə də autsayder sayılırdı. Amma yenə təəccübləndirməyi bacarıb. Laym Milların 82-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub və ''Hall Siti'' 2-ci turu da qələbə ilə başa vurub.
Maraqlıdı ki, ''Hall Siti'' sonuncu dəfə premyer-liqada oynadığı 2016/17-yə də məhz bu cür - 2 tura 6 xal toplamaqla start vermişdi. Amma o vaxt bu cür başlanğıc komandaya heç elitada qalmağa da kifayət etməmişdi!
''Hall Siti'' həmin 2 qələbənin ardından qalan 36 turda cəmi 7 qələbə qazanmış, yekunda 34 xalla 18-ci pilləni tutmuş və çempionşipə yuvarlanmışdı. Ona görə də indi ''Hall Siti'' üçün rahatlaşmaq çox tezdi.
''Hall Siti'' premyer-liqadakı son mövsümə də bu cür başlamışdı...
Dünya futbolu






