Yeniyetmə cüdoçularımız Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar.
"Football-plus.az" xəbər verir ki, U-18 yaş kateqoriyasında mübarizə aparan təmsilçilərimiz üç qızıl, iki gümüş və iki bürünc medala sahib olublar.
Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medal qazanıblar.
Beynəlxalq turnirdə 23 ölkənin təmsilçiləri iştirak edirlər. Yarışda U-16 və böyüklər kateqoriyalarında da qalib və mükafatçılar müəyyənləşəcək.
Cüdoçularımız Polşada yeddi medal qazandı
İdman





