''Fənərbaxça'' daha bir futbolçu ilə havayı vidalaşdı

30.08.2026 22:58 1
Dünya futbolu
''Fənərbaxça'' yeni mövsüm üçün planlarına daxil olmayan daha bir əcnəbi futbolçu - Sofyan Amrabatla yollarını ayırıb.

Klubdan verilən rəsmi açıqlamada mərakeşli yarımmüdafiəçinin müqaviləsinin qarşılıqlı şəkildə ləğv edildiyi bildirilib. Təcrübəli futbolçu ötən mövsümü icarə əsasında La Liqa təmsilçisi ''Betis''də keçirmişdi. Sevilyalılar onu daimi əsasda transfer etmək istəsələr də, ''Fənər''lə danışıqlar uğurlu alınmadı. İstanbul nəhəngi gözlədiyi təklifləri almayınca, Amrabatla müqaviləni ləğv etmək qərarına gəldi. 30 yaşlı futbolçu sərbəst qalmaq üçün klubdan 2,1 milyon avroluq alacağından vaz keçib!

Amrabat ''Fənər''ə ümumilikdə 14 milyon avroya başa gəlmişdi. 2024-də 2 milyon avroya icarəyə götürülən futbolçu üçün ötən yay daha 12 milyon avro ödənilmişdi. Maraqlıdı ki, bu günlərdə ''Fənər'' 15 milyon avroya aldığı daha bir futbolçu - Cengiz Ündər ilə də pulsuz vidalaşmağı lazım bilib.

Amrabat ''Fənər''də 2024/25-də 45 oyuna çıxaraq aktivinə 3 qol, 4 məhsuldar ötürmə yazdı. Bu futbolçunun daha öncə çıxış etdiyi Niderlanda geri dönərək ''Ayaks''a transfer olunacağı gözlənilir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul