“Demək olmaz ki, biz çox epizod yaratmışıq” – Kurban Berdıuyev

30.08.2026 20:25 9
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 3-cü turunda "Kəpəz"in qonağı olan “Turan Tovuz" uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirdi:

- Çox dərin məğlubiyyətdi. Ötən oyundan daha yaxşı oynadıq. Rəqibimiz bir epizod yaradıb, ondan istifadə etdi. Demək olmaz ki, biz çox epizod yaratmışıq. Biz bunlardan nəticə çıxarmalıyıq ki, oyunumuz daha da yaxşılaşsın.

- “Turan Tovuz” niyə qol vura bilmir?
- Hücum narahat edir. Dünən Balaunun ilk məşqi idi. Hücumçularımız yox idi. Mən düşünürəm ki, hər şey yaxşı olacaq.

- İnanırsız ki, Balau və Rahil ilə çempionluğa oynamaq olacaq?
- Bəli, inanıram.

- Azarkeşlər yenidən “istefa” sədaları səslədi. Bu sizi narahat etmir?
- Xeyr, narahat etmir.

- Yeni stadionla bağlı fikirləriniz necədi?
- Azərbaycanda belə stadionun yaranmasına sevinirəm. Nə qədər belə olsa, daha yaxşı olar.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul