Rüfət İsraildə yenə qol vurdu

30.08.2026 21:50 119
Dünya futbolu
Rüfət Abdullazadə İsraildə növbəti qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, "Kiryat Şimona"da çıxış edən 25 yaşlı vinger İsrail çempionatının 2-ci turunda "İroni Tiberiyas"la görüşdə (2:0) 72-ci dəqiqədə rəqib qapısına yol tapıb. Onun cərimə zərbəsindən vurduğu qol baxımlı alınıb.

Bu, Rüfətin İsrail komandasında vurduğu 2-ci qoldu.