Rocer Şmidt “Benfika” rəhbərliyinin yeni təklifini qəbul edib.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi ilə yeni müqavilə imzalanıb.
Portuqaliya klubunun saytının məlumatına görə, 56 yaşlı mütəxəssislə əməkdaşlığın müddəti 2026-cı il iyunun 30-dək uzadılıb. Şmidt komandanı 2022-ci ilin mayından çalışdırır. Onda 2 illik müqaviləyə qol çəkən 56 yaşlı alman mütəxəssisin komandası hazırda ölkə çempionatında liderdi. “Benfika”nın Çempionlar Liqasının 1/4 finalına çıxdığını da xatırladaq. Lissabonlular bu mərhələdə “İnter”lə qarşılaşacaq.