Alonso ilə müqavilə yeniləndi

29.01.2023 15:25 255
Dünya futbolu
“Barselona” rəhbərliyi Markos Alonso ilə yenidən anlaşıb. Onunla müqavilə yenilənib.

İspaniya klubunun rəsmi saytının məlumatına görə, müdafiəçinin yeni sözləşməsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub. Markos “Barselona”da ötən ilin yayından oynayır. Tərəflər arasında əvvəlki müqavilənin müddəti bu ilin iyununa kimi idi.