Xabi Alonso “Bayer-04”ü hələ çox çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi ilə müqavilə yenilənib.
Leverkuzen klubunun saytının məlumatına görə, ispaniyalı mütəxəssislə imzalanan yeni sözləşmənin müddəti 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub. Alonsonun “Bayer-04” ilə əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədə olacaqdı. 41 yaşlı məşqçi leverkuzenliləri ötən ilin oktyabrından çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm Avropa Liqasının yarımfinalınadək irəliləməyi bacarıb və Almaniya çempionatında 6-cı yeri tutub.
“Bayer-04” Alonsonun məşqçilik karyerasında ilk yüksək səviyyəli klubdu. O, buna qədər “Real” və “Real Sosyedad”da məşqçi işləyib. Alonsonun futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bavariya”da çıxış etdiyini də xatırladaq.
“Bayer-04” ilə yenidən anlaşdı
Dünya futbolu



