FİFA-nın bu il keçirilən dünya çempionatının bilet satışından əldə etdiyi gəlir açıqlanıb. Bu barədə “The Times” nəşri məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, FİFA bu planda 5 milyard dollar gəlir əldə edib. “The Times”ın yazdığına görə, bu məbləğ DÇ-2022-nin bilet satışından əldə olunan gəliri 5 dəfədən çox üstələyir.
Xatırladaq ki, Qətərdə keçirilən nəhəng turnirdə bilet satışı ali futbol təşkilatına 929 milyon dollar qazandırmışdı. Həmçinin builki gəlir FİFA-nın 3 milyard dollarlıq proqnozunu da geridə qoyub.
Gəlirlərin artmasına mundialda oyunların sayının 64-dən 104-ə çatdırılması və dinamik qiymət siyasəti təsir göstərib. FİFA-nın rəsmi platformasında biletlərin təkrar satışına görə 30 faiz komissiya tutulub. Bəzi biletlər ilkin qiymətindən dəfələrlə baha satışa çıxarılıb.
Onu da qeyd edək ki, bir müddət əvvəl FİFA-nın bilet qiymətləri və satış siyasəti azarkeşlər tərəfindən kəskin tənqid olunmuşdu.
DÇ-2026 üçün bilet satışı FİFA-nı nə qədər irəli salıb?
Dünya futbolu



