Premyer-liqa klubunda baş məşqçi dəyişikliyi

20.06.2023 22:51 212
Dünya futbolu
“Bornmut” baş məşqçi Qari O’Nillə əməkdaşlığı dayandırıb.


"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun İdarə Heyətinin sədri Bill Fouli onun işdən azad olunmasını “Bornmut”un inkişafı üçün dəyişiklik edilməsi zərurəti ilə əlaqələndirib. Xatırladaq ki, komanda son mövsümdə premyer-liqanı 15-ci yerdə başa vurub.

Artıq O’Nillin xələfi müəyyənləşib. Komandanı növbəti mövsümdən Andoni İraola çalışdıracaq. İspaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, İraolanın sonuncu klubu “Rayo Valyekano” olub.