Sampaolinin xələfinin kimliyi bilindi

3.07.2022 16:13 441
Dünya futbolu
Xorxe Sampaoli ilə yolları ayıran “Marsel”in yeni baş məşqçisi müəyyənləşib.

Argentinalı mütəxəssislə əməkdaşlığı qarşılıqlı razılaşma əsasında dayandıran Fransa klubunun bu addımına Sampaolinin rəhbərliyin transfer siyasətindən narazılığı səbəb olmuşdu. “Marsel”i 2021-ci ilin fevralından çalışdıran 62 yaşlı məşqçiyə İqor Tudor xələf olub.

Son mövsümdə “Verona”nı çalışdıran 44 yaşlı xorvat mütəxəssis Fransa klubu ilə 2 illik müddətə anlaşıb.