Fanatlardan “Sevilya”ya sərt etiraz

8.04.2026 21:31 15
Dünya futbolu
“Sevilya” La Liqada uğursuzluq zolağından heç cür çıxa bilmir. Komanda 30-cu turda “Ovyedo”ya 0:1 hesablı məğlubiyyətdən sonra xoşagəlməz halla qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, səfər oyunundan qayıdan komandanı hava limanında bir qrup azarkeş qarşılayıb. Onlar oyunçulara “çıxın gedin, ay axmaqlar!” kimi ifadələr qışqırıblar. Fanatlar həmçinin klubun prezidenti Xose Mariya Del Nido Karraskoya “ya öl, ya da özünü göstər, qorxaq!”, - deyə səsləniblər. Maska ​​taxmış bəzi azarkeşlər də oyunçularla görüşmək üçün məşq meydançasına toplaşıblar.

Məlumata görə, klub rəhbərliyi gərginliyi aradan qaldırmaq və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün polisdən kömək istəyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul