“Mançester Siti” uğursuzluq zolağından heç cür çıxa bilmir.
İngiltərənin son çempionu premyer-liqanın 11-ci turunda “Brayton”a 1:2 hesabıyla məğlub olub. Komandanı çalışdıran Xosep Qvardiola məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.
Bu barədə “Opta Sports” məlumat yayıb. MS bundan əvvəl Liqa Kubokunda “Tottenhem”ə (1:2), premyer-liqada “Bornmut”a (1:2), Çempionlar Liqasında isə “Sportinq”ə (1:4) məğlub olmuşdu. Komanda 2006-cı ildən sonra ardıcıl 4 oyunda uduzmamışdı.