"Fanatlar isə tribunadan lazımi dəstəyi verə bilmirlər"

25.08.2023 14:54 234
Aktual / Premyer-liqa
"Qarabağ" - "Araz-Naxçıvan" oyununun gedişində meydan sahibinin azarkeşləri "hava istidi, saat 18.00-a oyun salmayın", - deyə etiraz etdilər. Ağdamlı azarkeşlər həmçinin qonaq futbolçuların vaxt öldürmək üçün özlərini tez-tez yerə atmalarından şikayətləndilər.

"Football-plus.az" olaraq, bu yöndə daha ətraflı bilgi almaq üçün "İmarət Tayfa" azarkeş qrupunun öncüllərindən Elnur Quliyevin fikirlərini öyrəndik:

"Son günlər Azərbaycanda havaların kəskin isti olması heç kimə sirr deyil. Belə havada həm futbolçular, həm də azarkeşlər üçün çətin olur. Futbolçu meydanda istədiyi oyunu göstərə, fanatlar isə tribunadan lazımi dəstəyi verə bilmirlər. Ona görə də oyunun saat 6-da keçirilməsinə etiraz etdik. "Araz-Naxçıvan" futbolçularının hərəkətlərinə gəlincə, komandamız 1:1 hesabıyla razılaşmayıb qol axtarışında olarkən, onlar hər vəchlə tempi aşağı salmaq üçün tez-tez yıxılırdılar. Bu da bir azarkeş kimi bizi qıcıqlandırırdı. Təbii ki, onları da anlayırıq. Son çempionla oyundan 1 xal qoparmaq debütant üçün qələbəyə bərabər idi".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul