İspaniyada gözlənilən istefa reallaşıb.
"Football-plus.az" xəbər verir ki, “Sevilya” rəhbərliyi baş məşqçi Matias Almeydanı istefaya göndərib. Komanda 52 yaşlı argentinalı mütəxəssisin rəhbərliyi altında 32 matça çıxıb. Bu oyunlarda 10 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 15 dəfə məğlub olub.
Hazırda La Liqada 15-ci yeri tutan “Sevilya” təhlükəli zonanı 3 xal qabaqlayır. Komanda növbəti oyununu aprelin 5-də “Ovyedo”ya qarşı keçirəcək.