''Fənərbaxça'' bu yay bu futbolçularla vidalaşacaq

27.03.2026 17:59 14
Dünya futbolu
''Fənərbaxça''da heç cür ümidləri doğrultmayan və zədə problemindən qurtula bilməyən Çağlar Söyüncü ilə bağlı yeni qərar qəbul edilib. 2024-ün yanvarında icarəyə götürülən, həmin ilin yayında isə daimi əsasda transfer edilən təcrübəli futbolçu hər dəfə komandanın ona ehtiyac duyduğu anlarda zədəli olur. Şanssız zədələr və formaya düşə bilməməsi üzündən rəhbərlik onunla vidalaşmaq qərarına gəlib. Bu yay ''Fənər'' Çağlar üçün gələcək təkliflərə açıq olacaq. Yəni onun ayrılmasına icazə veriləcək. 29 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 14 oyuna çıxıb. O, son iki mövsümdə 8 dəfə sıradan çıxıb və bu müddət ərzində zədə səbəbilə ümumilikdə 30 oyun qaçırıb! Ümumiyyətlə, bu yay komandada ciddi dəyişikliklər gözlənilir. Çağlar Söyüncüdən başqa Ceyden Oostervolde, Arçi Braun və Fred ilə də yollar ayrılacaq. Ancaq rəhbərlik bu 3 futbolçunun satışından ciddi gəlir - ən azı 40 milyon avro əldə etmək niyyətindədi. Bundan başqa komandada icarə əsasında forma geyən və tez-tez zədələnməsi ilə diqqət çəkən Edson Alvares də daimi əsasda transfer edilməyəcək. Uruqvaylı futbolçu yayda müqavilə ilə məxsus olduğu ''Vest Hem''ə geri göndəriləcək.