''Fənərbaxça''nın rəsmi olaraq transferini dünən açıqladığı Çağlar Söyüncünün kluba hansı məbləğə başa gəldiyi məlum olub.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bu mərkəz müdafiəçisini ''Atletiko''dan mövsümün sonuna qədər icarəyə götürüb. ''Fənər''in bütün israrlarına rəğmən Söyüncünü mövsümün sonunda daimi əsasda transfer etmək hüququnu ələ keçirmək mümkün olmadı. ''Atletiko'' hətta 10 milyon avroluq təklifi də geri çevirdi. İcarə müddətinin şərtləri isə ağırdı. Çağların Madriddə illik qazancı 3 milyon avrodu. Mövsümün ikinci yarısı üçün bu məbləğin yarısını, yəni 1,5 milyon avronu ''sarı-lacivərdlilər'' ödəyəcək. Bundan başqa icarə haqqı kimi Madrid klubunun hesabına 2 milyon avro köçürüləcək. Başqa sözlə desək, ''Fənərbaxça'' cəmi 5 ay xidmətindən istifadə edə biləcəyi Çağlara görə 3,5 milyon avro ziyana düşəcək!
ƏLİ