La Liqada qaçılmaz istefa

23.03.2022 14:58 634
Dünya futbolu
“Malyorka” rəhbərliyi Luis Qarsiya Plasa ilə yolları ayırıb.

İspaniya klubu baş məşqçini uğursuz nəticələrə görə istefaya göndərib. La Liqada keçirdiyi son 6 oyunun hamısında uduzan komanda hazırda 20 iştirakçı arasında 18-ci yeri tutur.

Plasa “Malyorka”nı 2020-ci ilin avqustundan çalışdırırdı. Komanda 49 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm La Liqaya vəsiqə qazanmışdı.