Yon Dal Tomasson gözlənilən aqibətlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, o, İsveç yığmsının baş məşqçi vəzifəsindən istefaya göndərilib.
İsveç Futbol Federasiyasının məlumatında 49 yaşlı danimarkalı ilə müqaviləyə xitam verilməsinə səbəb kimi DÇ-2026-nın seçmə mərhələsindəki qeyri-qənaətbəxş nəticələr göstərilib. Tomasson İsveç yığmasını 2024-cü ilin martından çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 18 oyunda 9 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 7 dəfə məğlub olub.