“Sevilya”da gözlənilən istefa rəsmiləşib.
“Football-plus.az” xəbər verir ki, baş məşqçi Dieqo Alonso istefaya göndərilib. “Sevilya” şənbə günü La Liqanın 17-ci turunda evdə “Xetafe”yə məğlub olub (0:3). Komanda hazırda İspaniya çempionatında 13 xalla 16-cı yeri tutur. 48 yaşlı Alonso komandanı bu ilin oktyabrından çalışdırırdı. “Sevilya” onun rəhbərliyi altında keçirdiyi 14 oyunda 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib və 7 dəfə uduzub.
“Sevilya”nın Çempionlar Liqasında B qrupunu 2 xalla sonuncu yerdə başa vurduğunu və avrokuboklarla vidalaşdığını da bildirək.