• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” “Çelsi”ni məğlub etdi, “Aston Villa” ilk “3-lüy”ü tərk etdi - İCMAL

Dünya futbolu

4-03-2026, 16:0

Premyer-liqada 28-ci tur yetərincə məhsuldar və maraqlı keçdi.

"Football-plus.az" xəbər verir ki, mərkəzi oyunda – London derbisində “Arsenal”la “Çelsi” qarşılaşdı. “Topçular” qələbə sayəsində “Mançester Siti” ilə xal fərqini qorudu. “Lids”i məğlub edən “şəhərlilər” lideri izləməkdədi. Hesabat turunda MY əzmkar, “Liverpul” böyükhesablı qələbə qazandı.

MS üçün Lids səfəri asan olmadı. Meydan sahibləri yaxınlarda “Arsenal”la “Aston Villa”dan xal almasının təsadüf olmadığını göstərdi. İlk dəqiqələrdən irəli atılan “Lids”in oyunçuları hesabı açmaq üçün bir neçə şans qazandı. Kalvert-Lüinlə Eronsonun fərqlənməsinə ya qeyri-dəqiqlik, ya da Donnarumma mane oldu. Holannın yoxluğunda hücumda, demək olar ki, heç nə ilə yadda qalmayan “şəhərlilər” isə fasilə ərəfəsində iki təhlükəli vəziyyət yaratdı və dərhal da qol vurdu. “Lids” 2-ci hissədə də təzyiq göstərdi, amma təhlükəli vəziyyətlərin sayı çox deyildi. Hər halda, intriqa final fitinə qədər yaşadı. MS bu qələbə sayəsində “Arsenal”la xal fərqini birgünlüyə 2-yə endirdi.

Turun mərkəzi oyununda “Arsenal” “Çelsi”ni qəbul etdi. Artetanın yetirmələri ilk dəqiqələrdən topa nəzarəti ələ keçirdi. Onlar ənənəvi üslubda – künc zərbəsindən sonra hesabı açdı. Fasiləyə yaxın “Çelsi” həm təşəbbüsü ələ aldı, həm də hesabı bərabərləşdirdi. “Zadəganlar” da kornerdən sonra fərqləndi. Ceymsin cərimə meydançasına asmasını dəf etməyə çalışan İnkapye topu öz qapısına göndərdi. “Çelsi” 2-ci hissənin əvvəlində də fəal təsir bağışladı, ancaq Rayya Fernandeslə Pedronun zərbələrinin öhdəsindən gəldi. 66-cı dəqiqədə “Arsenal” yenidən irəli çıxdı. Və meydan sahiblərinin köməyinə yenə də künc zərbəsi çatdı. Raysın ötürməsindən sonra Timber fərqləndi. 4 dəqiqə sonra “zadəganlar” azlıqda qaldı. 2-ci sarı vərəqəni alan Neto meydandan qovuldu. Rosenyorun komandası hətta bu vəziyyətdə də məğlubiyyətdən qurtulmağa çalışdı. Sonuncu uzatma dəqiqəsində Delapın qolu ofsayd üzündən sayılmadı. Növbəti qələbəni qazanan “Arsenal” inamla turnir cədvəlinə başçılıq edir.

“Liverpul” ötən il evdə “Vest Hem”i çətinliklə məğlub etmişdisə, bu dəfə qələbə mersisaydlılara asan başa gəldi. Slotun komandası ilk yarıda üç qol təşkil etdi: Ekitike, Van Diyk və Makallister fərqləndi. Souçek 2-ci hissənin əvvəlində qollardan birinin əvəzini çıxsa da, Qakpo 70-ci dəqiqədə yenidən üç top fərqini bərpa etdi. Son 15 dəqiqədə komandalar hərəyə bir qol vurdu. Qonaqların ən zəif cəhəti rəqibin künc zərbələri ilə bacarmamaq oldu. “Liverpul” bu komponentdə istədiyini etdi. “Çəkicdöyənlər” təhlükəli zonanı tərk edə bilmir. Ədalət naminə onların bu oyunda böyükhesablı məğlubiyyətə layiq olmadığını deməliyik. Sadəcə, müdafiəçilərin kobud səhvi və qapıçının inamsız oyunu 5:2-ni şərtləndirdi.

MY Karrikin rəhbərliyi altında yenə uduzmadı. İndiki baş məşqçi “sükan arxasına” keçəndən sonra “qırmızı şeytanlar” 6 qələbə qazanıb, yalnız “Vest Hem” ilə heç-heçə edib. Sadəcə, möhtəşəm statistikadı. “Kristal Pelas” oyuna rəqibdən daha yaxşı başlasa da, ilk dövrədə olduğu kimi, yenə 1:2 hesabıyla uduzdu. Lakrua 4-cü dəqiqədə hesabı açdı, qonaqlar 2-ci hissənin əvvəlinə qədər yaxşı oynadı. Ancaq elə həmin Lakrua 56-cı dəqiqədə birbaşa qırmızı vərəqə almaqla yanaşı, penaltiyə səbəbkar oldu. Fernandeş “nöqtə”dən dəqiq zərbə vurdu. Ardından portuqaliyalı Şeşkonun da fərqlənməsinə şərait yaratdı. Azlıqda qalan “Pelas”ın daha uğur şansı yox idi. MY əzmkar qələbə sayəsində “Aston Villa”nı da arxada qoyub, 3-cü pilləyə yüksəldi.

Turun qalan oyunlarına da toxunaq. Aşkar autsayder “Vulverhempton”un qonağı olan “Aston Villa” “quru” hesabla uduzdu. "Canavarlar" birmingemlilərin qapısından iki cavabsız top keçirdi. “Bernli” – “Brentford” oyununda 7 qol vuruldu və qonaqlar qalib gəldi. “Everton” səfərdə bizə yaxşı tanış olan “Nyukasl”ı məğlub etdi. “Tottenhem” növbəti məğlubiyyəti London derbisində “Fulhem”dən aldı. “Brayton”un “Nottingem Forest”ə 2:1 hesabıyla qalib gəldiyi oyunda bütün qollar ilk 15 dəqiqədə vuruldu. “Bornmut” – “Sanderlend” oyununda qalib müəyyənləşmədi.

28-ci tur
Arsenal – Çelsi 2:1

Saliba, 21. Timber, 66 – İnkapye, 45+2-öz qapısına. (60296)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, İnkapye, Subimendi, Rays (Nerqor, 76), Saka, Eze, Trossar (Martinelli, 55), Dyökereş (Haverts, 76).
Çelsi: Sançes, Ceyms, Sarr (Adarabioyo, 90), Çaloba, Hato (Hüsto, 75), Kaysedo, Santos (Lavia, 75), Palmer (Qarnaço, 86), Fernandes (Delap, 86), Neto, Pedro.

Lids – Mançester Siti 0:1
Semenyo, 45+2. (36838)
MS: Donnarumma, Nunyeş, Diaş, Qehi, Ayt-Nuri, Rodri, Semenyo, B.Silva, O’Rayli (Reynders, 70), Şerki (Ake, 87), Marmuş (Savinyo, 68).

Mançester Yunayted – Kristal Pelas 2:1
Fernandeş, 57. Şeşko, 65 – Lakrua, 4. (73934)
MY: Lammens, Dalot, Yoro, Maquayr (Heven, 85), Şou (Mazraui, 24), Kazemiro, Maynu, Mbemo (Zirkzee, 86), Fernandeş, Kunya, Şeşko (Diallo, 75).

Liverpul – Vest Hem 5:2
Ekitike, 5. Van Diyk, 24. Makallister, 43. Qakpo, 70. Disasi, 82-öz qapısına – Souçek, 49. Kastelyanos, 75. (60425)
Liverpul: Alisson, Qomes (Frimponq, 77), Konate, Van Diyk, Kerkez, Qravenberx (Nyoni, 86), Makallister, Salah, Soboslai, Qakpo (Nqumoa, 76), Ekitike.

Vulverhempton – Aston Villa 2:0
J.Qomes, 61. Qomeş, 90+8. (30197)

Bornmut – Sanderlend 1:1
Evanilson, 64 – Mayenda, 18. (11240)

Bernli – Brentford 3:4
Kayode, 45+3-öz qapısına. Entoni, 47. Flemminq, 60 – Damsqor, 9; 90+3. Tyaqo, 25. Şade, 34. (20069)

Nyukasl – Everton 2:3
Remsi, 32. C.Mörfi, 82 – Brentueyt, 19. Betu, 34. Barri, 83. (50202)

Fulhem – Tottenhem 2:1
Uilson, 7. İvobi, 34 – Rişarlison, 66. (27439)

Brayton – Nottingem Forest 2:1
Qomes, 6. Uelbek, 15 – Gibbs-Uayt, 13. (31427)

1. Arsenal 29 19 7 3 58-22 64
2. Mançester S. 28 18 5 5 57-25 59
3. Mançester Y. 28 14 9 5 50-38 51
4. Aston Villa 28 15 6 7 38-30 51
5. Liverpul 28 14 6 8 47-37 48
6. Çelsi 28 12 9 7 49-33 45
7. Brentford 28 13 4 11 44-40 43
8. Everton 28 11 7 10 32-33 40
9. Fulhem 28 12 4 12 40-42 40
10. Bornmut 28 9 12 7 44-46 39
11. Brayton 28 9 10 9 38-35 37
12. Sanderlend 28 9 10 9 29-34 37
13. Nyukasl 28 10 6 12 40-42 36
14. Kristal Pelas 28 9 8 11 30-34 35
15. Lids 28 7 10 11 37-47 31
16. Tottenhem 28 7 8 13 38-43 29
17. Nottingem Forest 28 7 6 15 26-41 27
18. Vest Hem 28 6 7 15 34-54 25
19. Bernli 28 4 7 17 32-56 19
20. Vulverhempton 29 2 7 20 20-51 13

Bombardirlər: Holann (MS) – 22, Tyaqo (Brentford) – 18, Semenyo (Bornmut) – 14, Pedro (Çelsi), Ekitike (Liverpul) – 11.

Turun rəqəmi
10 – “Tottenhem” premyer-liqada qələbəsiz oyunlar seriyasını bu həddə çatdırdı. “Mahmızlar” “Kristal Pelas”a qalib gəldiyi gündən (28 dekabr, 1:0) bəri qələbəyə həsrətdi. Həmin vaxtdan bəri komanda 6 oyunda uduzub, 4 oyunda heç-heçə edib. “Tottenhem”in çempionatdakı sonuncu belə uğursuz seriyası 1994-cü ilə təsadüf edi. Onda komandanı Osvaldo Ardiles çalışdırırdı.

Turun ulduzu
Üqo Ekitike (Liverpul) – fransalı hücumçu qol və iki məhsuldar ötürmə ilə yadda qaldı. Çox parlaq oyun keçirdi. Belə görünür ki, mövsümün sonunda məhz Üqonu “Liverpul”un ən faydalı debütantı saymaq olar, nəinki daha baha Virts ilə İsakı.

Turun sitatı
Pep Qvardiola, MS-nin baş məşqçisi (“Lids” fanatlarının hakimin oruc tutan futbolçulara görə oyunu dayandırmaq haqda qərarını fitə basması haqda):

“Müasir dünya belədi, düzdü? Elə indi, bu gün dünyada başverənlərə baxın. Dinlərə hörmət edin, müxtəlifliyə hörmət edin – mahiyyət bundan ibarətdi! Fasilə bizim qərarımız deyil. Premyer-liqa rəhbərliyi deyib ki, yaxşı, qidalanmaya bir-iki dəqiqə ayırmaq olar. Şerki və Ayt-Nuri gün ərzində heç nə qeməyib, bu üzdən ilk yarıda bir qədər vitamin qəbul etdilər”.

Faktlar
* Van Diyk cari mövümdə 3-cü, premyer-liqa karyerasında 28-ci qolu vurdu. Özü də qolların hamısını oyun vəziyyətindən vurub. Niderlandlı müdafiəçi bu göstəricidə yalnız “Çelsi”nin sabiq kapitanı Con Terridən (41) geri qalır.
* “Liverpul” son 10 ay ərzində ilk dəfə çempionatda 5 qol vurdu. Sonuncu dəfə ötən ilin aprelində “Tottenhem” darmadağın edilmişdi (5:1).
* MY-nin yarımmüdafiəçisi Fernandeş mövsüm ərzində məhsuldar ötürmələrin sayına görə klub tarixində 3-cü yerə yüksəldi. Portuqaliyalının hesabında premyer-liqada 25 oyunda 13 belə ötürmə var. 2011/12 mövsümündən – Valensiyadan bəri MY-də heç kim bunu bacarmamışdı. Bu komandanın heyətində premyer-liqanın bir mövsümündə Fernandeşdən daha çox ötürmə verən iki futbolçu var – Nani (2010/11 mövsümündə 17) və Devid Bekhem (1999/00 mövsümündə 16). Bruno cari mövsümün ən yaxşı assistentidi.
* “Arsenal” cari mövsümdə künc zərbəsindən sonra 15-16-cı qollarını vurdu. “Topçular” bu göstəricidə premyer-liqa rekordunu təkrarladı. “Oldhem” (1992/93), “Vest Bromviç” (2016/17) və elə həmin “Arsenal” (2023/24) künc zərbəsindən sonra 16 qol vurmuşdu.
* Pedro “Çelsi”nin cari mövsümdə premyer-liqada qırmızı vərəqə ilə cəzalanan 7-ci oyunçusudu. Ona qədər Robert Sançes, Trevo Çaloba, Malo Hüsto, Moyses Kaysedo, Mark Kukurelya və Uesli Fofana da eyni şəkildə cəzalanıb. Yalnız “Sanderlend”lə (2009/10) “Lester”in (1994/95) daha çox – 8 futbolçusu meydandan qovulub.
* “Çelsi” son 11 oyunda “Arsenal”a qalib gələ bilməyib – 8 məğlubiyyət, 3 heç-heçə. “Zadəganlar” “topçular” üzərində son qələbəsini 2021-ci ilin avqustunda qazanıb (2:0).

Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Əsas odu ki, standart vəziyyətdən sonra üç qol vurduq. Ancaq düşünmürəm ki, 3:0 hesabı fasiləyə qədər meydanda yaşananları tam əks etdirirdi. Çox vaxt əksinə olurdu – daha artığına layiq olsaq da, standart vəziyyətdən buraxılan qol hesabına nəticə qazana bilmirdik. Yəqin ki, bu gün fasiləyə qədər 3:0-ı haqq etmirdik. Hesabda irəli olmağımız normalıdı, ancaq üç top xoşdu”.


Maykl Karrik, MY-nin baş məşqçisi:
“Qələbəyə görə çox sevinirəm. “Pelas”ın haqqını verək – oyuna çox sürətli və parlaq başladılar. İnam və xarakter göstərməklə ilk yarını yaxşı bitirdik. Hesabda belə erkən geri düşəndən sonra qələbəyə can atmaq bizim üçün yeni çağırışdı. Bəzən belə də etmək lazım gəlir. Qırmızı vərəqə və penalti oyunun taleyinin müəyyənləşməsi baxımından önəmli rol oynadı. Şeşkonun start heyətində meydana çıxması risk deyil. O, yaxşı formadadı və son həftələrdə oyunumuza ciddi təsir göstərib. Şeşko lazım olan hər şeyi etməyə hazırdı. 3-cü yerə çıxmağımız? İndi bunun elə bir böyük əhəmiyyəti yoxdu. Tərəqqini davam etdirməliyik”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Bizi çətin oyun gözlədiyini bilirdik. “Çelsi” hazırlıqlı, yüksək səviyyəli komandadı. Düşünürəm ki, oyunboyu yaxşı təsir bağışladıq. İlk yarının sonunda hesabın bərabərləşməsi bizi məyus etsə də, irəlidə tam bir hissə var idi. Rəqib azlıqda qalanda topa daha yaxşı nəzarət etməliydik. Standart vəziyyətlərdə təkbətək mübarizələrin önəmini anlayırdıq. “Çelsu” standart vəziyyətlər zamanı yaxşı hücum edən və müdafiə olunan top-komandadı. Son həftədə iki çətin oyun keçirdik. Futbolçuların işə münasibətindən, sona qədər əzmlə mübarizə aparmasından razıyam. İndi martdı, bütün yarışlarda iştirak edirik, liderlər sırasındayıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-01-2026, 16:0

“Arsenal” parlaq qələbə qazandı, Mareska “Çelsi”dən getdi - İCMAL

Dünya futbolu

17-05-2023, 17:0

“Arsenal” “Mançester Siti”nin işini asanlaşdırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

20-06-2025, 11:0

Premyer-liqanın ilk turunda maraqlı oyun

Dünya futbolu

10-01-2026, 16:0

MS artıq liderdən 6 xal geri qalır - İCMAL

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Bu gün, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Bu gün, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Bu gün, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Bu gün, 19:34
    "İmişli"də yeni təyinat
  • Bu gün, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Bu gün, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Bu gün, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Bu gün, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə