• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” “Mançester Siti”nin işini asanlaşdırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 17:0

Premyer-liqada hesabat turu, demək olar ki, çempionluq intriqasını bitirdi.

“Mançester Siti”nin qələbəsi öz yerində, “Arsenal” da evdə darmadağın olmaqla “şəhərlilər”in işini asanlaşdırdı. Elitada qalmaq uğrunda mübarizəyə gəlincə, mövsümün ilk bəxtsizi “Sauthempton”du. “Nottingem Forest”, “Everton”, “Lids” və “Lester” isə bu aqibətdən qurtulmağa çalışır.

Çempionluğa iddialı komanda ilə elitada qalmağa iddilı “Everton”un görüşü sensasiyasız bitdi. “Mançester Siti” böyükhesablı qələbə qazandı. Hərçənd əvvəlcə işlər “şəhərlilər” üçün rəvan getmədi. Dərin müdafiəyə çəkilən liverpullular rəqibi təhlükəli vəziyyət yaratmaq imkanından məhrum edirdi. Uzun müddət qapıya zərbə görmədik. Yetərincə maraqsız oyun fonunda Qvardiola meydanda yaşananların onu razı salmadığını göstərirdi. Və birdən fasiləyə yaxın “şəhərlilər” ardıcıl iki qol vurdu.

Gündoğan əvvəlcə effektli zərbə ilə qonaqları irəli çıxardı, bir neçə dəqiqə sonra isə buna qədər meydanda görünməyən Holannın fərqlənməsinə şərait yaratdı. Fasilədən az sonra fərq darmadağın həddinə çatdı. Gündoğan cərimə zərbəsindən daha bir qol vurdu. Bununla da oyunun taleyi həll olundu. Baxmayaraq ki, “Everton”un da fərqi azaltmaq üçün bir neçə imkanı oldu. “Şəhərlilər” bu qələbə sayəsində çempionluğa lap yaxınlaşdı.

“Arsenal” gözlənilmədən “Brayton”la oyunda darmadağın oldu. Final fitinə bir neçə dəqiqə qalmış azarkeşlər dəstə ilə “Emireyts”i tərk etməyə başladı. Əslində ilk yarının axarı hansısa darmadağından xəbər vermirdi. Meydanda əsl döyüş gedirdi. Təhlükəli vəziyyətlər də var idi, həm “topçular”, həm də “qağayılar” qol vura bilərdi. Oyunun mənzərəsi fasilədən dərhal sonra – qonaqların hesabı açmasıyla dəyişdi.

Enkisonun vurduğu qol yetərincə mübahisəli idi, çünki bir an əvvəl Kivyor ayağından zərbə alsa da, hakim buna göz yumdu. Hesab açılandan sonra Artetanın komandası zaman-zaman təhlükəli vəziyyətlər yaratsa da, inamlı görünmürdü. Vaxt əriyir, “Arsenal” hücum dalğası təşkil edə bilmirdi. Sonluq meydan sahibləri üçün fiasko ilə müşayiət olundu. Əvvəlcə Trossar topu sabiq komandasına bağışladı ki, bu da Undavın qoluna gətirib çıxardı. Oyunda son nöqtəni isə Estupinyan qoydu. “Topçular” “şəhərlilər”dən artıq 4 xal geri qalır, “Brayton” isə “avrokubok zonası”na qayıtdı.

“Aston Villa” premyer-liqada ardıcıl 6-cı ev qələbəsini qazandı. Birmingemlilərin “Tottenhem”lə duelini “6 xallıq oyun” adlandırmaq olardı, axı hər iki komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Və Emerinin komandası haqq etdiyi qələbəni qazandı. Oyun “Aston Villa”nın çalışdırıcısının diqtəsi altında keçdi. Qonaqlar ilk yarı boyunca Martinesin qapısına bir zərbə də vurmadı. Daha dəqiqi, zərbələr oldu, ancaq oyundankənar vəziyyətdən. “Aston Villa”nın müdafiəçiləri çox ağıllı hərəkətlər sayəsində rəqibi 9 dəfə ofsayd tələsinə saldı. Artıq 8-ci dəqiqədə Beylinin ötürməsindən sonra Remzi fərqləndi. Meydan sahibləri fasiləyə qədər daha üç təhlükəli vəziyyəti boşa verdi. Epizodların birində londonluları tir xilas etdi. Birmingemlilər fasilədən sonra bir neçə şansı da qaçırdı. “Mahmızlar” az qala buna görə onları cəzalandıracaqdı. Ancaq Keyn təkbətəkdən yararlana bilmədi. 72-ci dəqiqədə meydan sahibləri faktiki intriqanı öldürdü. – Luis cərimə zərbəsi ilə fərqi artırdı.

“Mahmızlar” müqaviməti dayandırmayaraq ardıcıl 10-cu premyer-liqa oyununda qol vurdu. Keyn özü qazandığı penaltini qola çevirdi. Sona qədər mübarizə aparan “Tottenhem” sonuncu uzatma dəqiqəsində az qala heç-heçəni qoparacaqdı. Son Hın Min qapıya yol tapsa da, hakim növbəti dəfə ofsayd qeydə aldı. “Aston Villa” bu qələbə sayəsində xal hesabında “Tottenhem”ə çatdı. Avrokuboklara vəsiqə uğrunda mübarizə kəskinləşir. Maraqlıdı ki, “Aston Villa” “mahmızlar”ı sonuncu dəfə mövsümün hər iki oyununda ötən əsrdə - 27 il əvvəl məğlub etmişdi.

“Çelsi” ilə “Nottingem Forest” arasındakı oyun inadkar və gərgin mübarizə şəraitində keçdi. Rəqibi təzyiq altında saxlamağa çalışan londonlular artıq 13-cü dəqiqədə qol buraxdı. Meydan sahibləri uzun müddət vəziyyəti düzəldə bilmədilər, üstəlik Kovaçiçi də fasilə ərəfəsində zədə üzündən itirdilər. Yalnız 2-ci hissənin əvvəlində Sterlinq hesabı bərabərləşdirə bildi. 58-ci dəqiqədə elə həmin Sterlinq komandasını irəli çıxardı. Ancaq bu üstünlük cəmi 4 dəqiqə davam etdi. “Meşəçilər”dən yenə Avonyi fərqləndi. Tədricən təşəbbüsü ələ alan “Çelsi” oyunun sonluğunu hücuma keçirsə də, qonaqlar heç-heçəni qorumaqla elitada qalmaq uğrunda mübarizədə önəmli xal qazandı.

3-cü yerə iddiasını davam etdirən “Mançester Yunayted” evdə heç bir turnir motivasuyası qalmayan “Vulverhempton”un qapısından iki cavabsız top keçirdi. Mankunianlar lap əvvəldən ərazi üstünlüyünə malik olsalar da, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdilər. Yalnız ilk yarım saatdan sonra onların hücumları təhlükəli xarakter almağa başladı və dərhal da Marsyal hesabı açdı. “Canavarlar” 2-ci hissədə bir qədər fəallaşsalar da, motivasiyasızlıqdan əziyyət çəkdikləri açıq-aşkar hiss olunurdu. Uzatma dəqiqələrində təkbətək çıxan Qarnaço MY-nin 2-ci qolunu da vurdu. Mançesterlilər bu qələbə sayəsində “Nyukasl”a çatdı...

...Ona görə ki, “sağsağanlar” hesabat turunda “Lids”i məğlub edə bilmədi. Yorkşirlilər hesabı açsalar da, Uilson iki penalti qolu ulə “Nyukasl”ı irəli çıxardı. Ancaq sona 11 dəqiqə qalmış Kristensen hesabı bərabərləşdirdi.

Turun qalan oyunlarına gəlincə, “Kristal Pelas” “Bornmut”u, “Brentford” “Vest Hem”i iki cavabsız qolla məğlub etdi. “Fulhem”ə uduzan “Sauthempton” elita ilə vidalaşdı. “Müqəddəslər”i sona iki tur qalmış xilaskar 17-ci pillədən 8 xal ayırır. Onlar 2012/13 mövsümündən bəri elitada oynayırdı. Tarixində 3-cü dəfə elitadan gedən (1974 və 2005-ci illərdə də belə aqibətlə üzləşib) “Sauthempton” cari mövsümdə istənilə başqa mövsümdəkindən daha çox – 24 məğlubiyyət ilə üzləşib.

Faktlar
* “Tottenhem” ÇL-ə qatılmaq baxımından nəzəri şansını da itirdi. 57 xala malik “mahmızlar” sona iki tur qalmış 4-cü yerdəki komandadan artıq 9 xal geridədi.
* De Xea mövsümün sonunda “Qızıl əlcək” qazanacaq. İspaniyalı qapıçı artıq 16-cı “quru” oyununu keçirdi. Artıq heç bir qapıçı onu bu göstəricidə qabaqlaya bilməz. Ancaq hərəyə 13 “quru” oyunu olan Alisson (Liverpul) ilə Poupun (Nyukasl) mükafatı bölüşmək şansı var. Bu qapıçılar daha 3 oyun keçirməlidi. De Xea 2017/18 mövsümündə artıq “Qızıl əlcək” qazanıb. Onda hesabında 18 “quru” oyun var idi.
* Premyer-liqa mövsümündə heç bir başqa futbolçu Keyndən artıq oyunda qol vurmayıb. O, 24 turda fərqlənib. 38 oyundan ibarət çempionatlarda yalnız “Liverpul”dan Salah belə nəticəyə nail olub (2017/18 mövsümündə). Keyn cari mövsümdə keçirdiyi 36 oyunda 27 qol vurub.
* Holann cari mövsümdə qol sayını 36-ya çatdırdı. İngiltərə çempionatının elitasında bunan artıq qol vuran sonuncu oyunçu Ron Devis olub – 1966/67 mövsümündə 37 dəfə fərqlənib. Holann Avropanın “top-5” liqasında keçirdiyi 100 oyunda 98 qol vurub. Dortmund “Borussiya”sında 67 oyunda 62 dəfə fərqlənmişdi.
* Premyer-liqada ardıcıl 11-ci qələbəsini qazanan MS bütün turnirlərdə son 22 oyunda uduzmayıb. “Siti” sonuncu məğlubiyyəti fevralın əvvəlində səfərdə “Tottenhem”dən alıb (0:1).

Turun rəqəmi
20 - Ten Haq ilk 35 oyunda qələbə sayına görə MY məşqçiləri üçün yeni rekord müəyyənləşdirdi. Onun komandası premyer-liqada artıq 20 qələbə qazanıb. Əvvəlki rekord çempionatda ilk 20 qələbəni 36 oyunda qazanan Lui van Qala məxsus idi.

Turun ulduzu
Pervis Estupinyan (Brayton) – Sakanı öz cinahında “yeyən” ekvadorlu müdafiəçi çox inamlı oyun keçirdi. Birbaşa funksiyalarının öhdəsindən gəlməklə yanaşı, hücumda da önəmli fiqurlardan biri idi. Həm qol vurdu, həm də məhsuldar ötürmə verdi.

Turun sitatı
Martin Edeqor, “Arsenal”ın kapitanı: “Gəlin realist olaq, düşünmürəm ki, MS səhvə yol verəcək. Mövsüm boyunca çoxlu yaxşı iş gördük, ancaq indi hər şeyin məhz belə bitməsinə görə məyusuq. Məyusluq yaxşı əlamətdi, böyüməyi və “artırmağı” davam etdirməliyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

7-08-2022, 12:0

Qvardiola "Mançester Siti"də qalacaq

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Dünya futbolu

14-11-2022, 20:0

Gündoğan "Mançester Siti"dən ayrılır

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
  • 22-07-2026, 19:0
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə