• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

2-02-2024, 23:0

Çərşənbə axşamı premyer-liqada 22-ci turun ilk beş oyunu keçirildi.

"Football-plus.az" xəbər verir ki, autsayderlərdən “Nottingem Forest”in qonağı olan “Arsenal”ın qələbə üçün oynamaqdan başqa yolu yox idi. Artetanın komandası topa nəzarət baxımından böyük üstünlüyə malik olsa da, uzun müddət bunu maddiləşdirə bilmədi. Qonaqlar ilk yarıda bir neçə təhlükəli vəziyyət yaratdı. “Meşəçilər” isə istisnasız rəqibin səhvindən yararlanmaq yolunu tutmuşdu. Fasilədən sonra oyun daha şən axarda keçdi. Meydan sahibləri daha cəsarətli oynamağa başladı ki, belədə “topçular” sürətli hücumlar qurmaq üçün böyük ərazi qazandı. Sakanın təhlükəli zərbəsindən sonra Terner komandasını xilas etdi, Jezus baxımlı hücumu dirəyə zərbə ilə bitirdi. Ancaq 2-ci hissənin ortalarında məhz Jezus hesabı açdı. Aut zamanı rəqibin cərimə meydançasına daxil olan braziliyalı iti bucaq altından hiyləgər zərbə vurdu. Bu qol oyunu canlandırdı. “Topçular”ın irəli atılmağa məcbur olan rəqibin müdafiəsini yarmaq imkanları artdı. Tezliklə “meşəçilər”i əks-hücumda yaxalayan “Arsenal” fərqi artırdı. Jezusun asmasından sonra Saka topu tora göndərdi. Fərq artandan sonra londonlular tempi aşağa salmağa çalışdı. Sona yaxın meydan sahibləri qollardan birinin əvəzini çıxdı. Uzatma dəqiqələri “Arsenal” üçün əsəb gərginliyinə çevrildi. Ancaq qələbə hesabını qoryan qonaqlar lider “Liverpul”la xal fərqini azaltdı.

Qışa qədər inamlı təsir bağışlayan “Aston Villa” son vaxtlar nəticə baxımından ləngər vurur. “Nyukasl” bu komandanın premyer-liqada evdəki 17 oyunluq məğlubiyyətsiz seriyasını bitirdi. Şənbə günü “Fulhem”i ölkə kubokundan kənarlaşdıran “sağsağanlar” Birmingemə çempionatda ardıcıl 5-ci oyunda uduzmamaq ümidi ilə yollanmışdılar. İlk yarı onların üstünlüyü şəraitində keçdi və bunun məntiqi nəticəsi kimi Şer 4 dəqiqə ara ilə iki qol vurdu.
Fasilədən dərhal sonra böyük qüvvə ilə irəli atılan “Aston Villa”nı “Nyukasl” 3-cü dəfə cəzalandırdı. Daha doğrusu, Almironun zərbəsinin qarşısını almaq istəyən Moreno topu öz qapısına göndərdi. Oyunun belə axarından narazı qalan Unay Emeri 63-cü dəqiqədə üçlü dəyişikliyə əl atsa da, komandasının gücü yalnız təsəlli qolunu vurmağa çatdı. Sona 19 dəqiqə qalmış Uotkins premyer-liqadakı 50-ci qolunu vurdu.

Çərşənbə axşamı keçirilən qalan oyunların nəticələrinə gəlincə, aşkar autsayder “Luton” gözlənilmədən avrokuboklara vəsiqəyə iddialı “Brayton”u darmadağın etdi. Adebayo bu oyunda het-triklə yadda qaldı. Evdə “Şeffild Yunayted” üzərində əzmkar qələbə qazanan “Kristal Pelas” xal ehtiyatını artırdı. “Fulhem” – “Everton” oyununda isə qolsuz heç-heçə qeydə alındı.

22-ci tur
Nottingem Forest – Arsenal 1:2
Avonyi, 89 – Jezus, 65. Saka, 72.
Arsenal: Rayya, Zinçenko (Kivyor, 90+2), Qabriel, Saliba, Uayt, Edeqor (Jorjinyo, 90+2), Rays, Smit-Rou (Haverts, 72), Martinelli (Trossar, 78), Jezus (Nketia, 78), Saka.
Aston Villa – Nyukasl 1:3
Uotkins, 71 – Şer, 32; 36. Moreno, 52-öz qapısına.
Aston Villa: Martines, Moreno, Lanqle, Konsa, Keş, Makqinn, Kamara (Remzi, 63), Luis, Tilemans (Zanyolo, 63), Uotkins, Diabi (Beyli, 63).
Nyukasl: Dubravka, Bern, Botman, Şer, Trippyer, Mayli (Livramento, 75), Gimarayns, Lonqstaff, Qordon (Kraft, 90+9), İsak (Almiron, 43), Merfi.
Luton – Brayton 4:0
Adebayo, 1; 42; 56. Oqbene, 3.
Kristal Pelas – Şeffild Yunayted 3:2
Eze, 17; 27. Olise, 67 – Brereton Dias, 1. Makeyti, 20.
Fulhem – Everton 0:0
Tottenhem – Brentford 3:2
Udoci, 48. Conson, 49. Rişarlison, 56 – Mope, 15. Touni, 67.
Mançester Siti – Bernli 3:1
Alvares, 16; 22. Rodri, 46 – Əl-Daxil, 90+3.
Liverpul – Çelsi 4:1
Jota, 23. Bredli, 39. Soboslai, 65. Dias, 79 – Nkunku, 71.
“Vest Hem” – “Bornmut”, “Vulverhempton” – “Mançester Yunayted” oyunları bu gün keçiriləcək.
1. Liverpul 22 15 6 1 51-19 51
2. Mançester S. 21 14 4 3 51-24 46
3. Arsenal 22 14 4 4 44-21 46
4. Tottenhem 22 13 4 5 47-33 43
5. Aston Villa 22 13 4 5 44-30 43
6. Vest Hem 21 10 5 6 35-32 35
7. Nyukasl 22 10 2 10 44-33 32
8. Brayton 22 8 8 6 38-37 32
9. Mançester Y. 21 10 2 9 24-29 32
10. Çelsi 22 9 4 9 36-35 31
11. Vulverhempton 21 8 5 8 30-31 29
12. Fulhem 22 7 4 11 28-36 25
13. Bornmut 20 7 4 9 28-39 25
14. Kristal Pelas 22 6 6 10 25-36 24
15. Brentford 21 6 4 11 31-36 22
16. Nottingem F. 22 5 5 12 27-40 20
17. Luton 21 5 4 12 28-38 19
18. Everton (-10) 22 8 4 10 24-28 18
19. Bernli 22 3 3 16 22-45 12
20. Şeffild Y. 22 2 4 16 19-54 10
Bombardirlər: Holann (MS), Salah (Liverpul) – 14, Solanke (Bornmut), Son Hın Min (Tottenhem) - 12, Bouen (Vest Hem) – 11.
Yeri gəlmişkən...
İngiltərə kubokunda 1/8 final cütləri bəllidi: Luton – Mançester Siti, Liverpul - Uotford (D-2)/Sauthempton (D-2) cütünün qalibi, Bristol Siti (D-2)/Nottingem Forest cütünün qalibi – Mançester Yunayted, Çelsi/Aston Villa cütünün qalibi - Lids (D-2)/Plimut (D-2) cütünün qalibi, Vulverhempton – Brayton, Bornmut - Lester (D-2), Blekbern (D-2) – Nyukasl, Şeffild Uensdey (D-2)/Koventri (D-2) cütünün qalibi - Meydston (D-6). Bu mərhələnin oyunları fevralın 28-də keçiriləcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-10-2022, 17:0

“Nottingem Forest” 1996-dan bəri ilk dəfə

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

27-10-2023, 18:0

“Arsenal” liderdi, “Sevilya” ilə PSV autsayder

Çempionlar Liqası

5-10-2023, 23:0

“Lans” sürpriz qələbə qazandı, “Sevilya” sonda məyus oldu

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

17-05-2023, 17:0

“Arsenal” “Mançester Siti”nin işini asanlaşdırdı - TURUN ŞƏRHİ

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 20:47
    "Dinamo-Minsk" fərqi azaltdı - YENİLƏNİR
  • Bu gün, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Bu gün, 19:18
    "Kəpəz"də ayrılıq
  • Bu gün, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Bu gün, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Bu gün, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Bu gün, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Bu gün, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Bu gün, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Bu gün, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Bu gün, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Bu gün, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 132
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 129
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə