• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

5-04-2023, 22:0

Premyer-liqada hesabat turu liderlərin – “Arsenal”la “Mançester Siti”nin inamlı qələbəsi və “Mançester Yunayted”in “Liverpul”a uduzması ilə əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, avrokuboklara vəsiqəyə iddialı “Brayton”la “Brentford”un duelində 6 qol vurulması da maraqlı məqamdı. Ümumiyyətlə, tur yüksək məhsuldarlıq şəraitində keçdi. Dünənki “Everton” – “Tottenhem” oyununa qədər keçirilən 9 oyunda 29 qol vurulmuşdu.

“Lids” səfərdə “Arsenal”a problem yaratmaq istəyirdi, ancaq bunu yarım saat bacardı. Tədricən təzyiqi artıran paytaxt klubu gözlənilən nəticəyə nail oldu. Londonlular ərazi üstünlüyünə malik olsa da, rəqib qapısına yaxınlaşa bilmirdi. Ancaq 35-ci dəqiqədə Jezusu cərimə meydançasında kobudluqla dayandıran Eylinq məğlubiyyətin əsasını qoydu. “Nöqtə”yə yaxınlaşan zərərçəkən oktyabrdan bəri ilk qolunu vurdu. Qonaqlar fasilədən sonra təzyiqə dözmədi və belədə qollar sıralandı. 47-ci dəqiqədə Uyat fərqi artırdı, 55-ci dəqiqədə isə Jezus hesabı darmadağın həddinə çatdırdı. Oyunun taleyi həll olunsa da, Kristensen 76-cı dəqiqədə fərqi azaltdı. Sona yaxın Caka da fərqləndi. Beləliklə, “Arsenal” autsayderlərdən biri üzərində inamlı qələbə qazandı.

Amma liderlər arasında xal fərqi olduğu kimi qaldı. Ona görə ki, MS “Liverpul” üzərində inamlı qələbə qazandı. Təşəbbüs tam Qvardiolanın komandasının tərəfində olsa da, hesabı “qırmızılar” açdı. Əks-hücumda dəqiq zərbə vuran Salah MS ilə cari mövsümdəki 4-cü oyunda 4-cü dəfə fərqləndi. Bu qol mankunianları ruhdan salmadı, cəmi 10 dəqiqə sonra hesab bərabərləşdi. Komandalar fasiləyə bərabərliklə yollansa da, fasilədən sonra “şəhərlilər”in dominantlığı daha da artdı. De Bruyne ilə Gündoğanın 7 dəqiqə aralığında vurduğu iki qol MS-nin qələbəsini təmin etdi, Kloppun yerdəyişmələri də işə yaramadı. Ederson faktiki işsiz idi. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə Qriliş qoydu. MS bu qələbə sayəsində liderlə 8 xal fərqini qorudu. Düzdü, “şəhərlilər” “Arsenal”dan bir oyun az keçirib.

Turun mərkəzi oyununda “Nyukasl” MY-ni qəbul etdi. “Sağsağanlar”ın qələbəsini ədalətli saymaq olar. Mankuninalar aşağı səviyyəli oyun göstərməklə rəqibə heç bir problem yaratmadı. Oyunun əvvəlindən meydan sahibləri rəqib qapısına yönəldi, qol vəziyyətləri yaratmağa çalışdı. Amma “qara-ağlar” fasiləyə qədər rəqib qapısına yol tapa bilmədi. Hücumları davam etdirən “Nyukasl” 65-ci dəqiqədə Uillokla hesabı açdı. Ten Haq dəyişikliklərlə oyunun axarına təsir göstərməyə çalışsa da, yenilər oyunu gücləndirmədi. Sona yaxın “sağsağanlar” 2-ci qolu da vurdu. Uilson cərimə zərbəsindən asmanı tamamladı. “Qara-ağlar” qələbə sayəsində xal hesabında “qırmızı şeytanlar”a çatmaqla yanaşı, əlavə göstəricilərə görə onları 3-cü yerdən də sıxışdırdı.
Yığmaların oyunlarına görə yaranan fasilə ərəfəsində vəziyyətini bir qədər düzəldən “Çelsi”nin məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Hesabat oyunu “Aston Villa”nın ssenarisi üzrə keçdi. Hərçənd meydan sahibləri məğlubiyyətə görə ilk növbədə özünü suçlamalıdı. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 18-ci dəqiəsində Uotkins birmingemliləri irəli çıxardı. Fasilə ərəfəsində Çiluell bu qolun əvəzini çıxsa da, hakim ofsayda işarə etdi. “Çelsi” fasilədən sonra təzyiq göstərsə də, 56-cı dəqiqədə Makqinn qonaqların üstünlüyünü artırdı. “Çelsi” bütün oyun komponentlərində üstün olsa da, “Aston Villa” təzyiqin öhdəsindən gəlməklə qələbəni qorudu. Son 5 turda məğlubiyyət tanımayan Emerinin komandası 9-cu pilləyə yüksəldi. “Çelsi” isə yavaş-yavaş avrokuboklara vəsiqə arzusu ilə vialaşır.

Turun qalan oyunlarına gəlincə, “Nottingem Forest” – “Vulverhempton”, “Brayton” – “Brentford” oyunlarında heç-heçə qeydə alındı. Elitada qalmağa çalışan “Lester” “Kristal Pelas”a, “Sauthempton” isə “Vest Hem”ə uduzdu. “Bornmut” “Fulhem”i məğlub etməklə “təhlükəli zona”dan bir qədər uzaqlaşdı. Nəhayət, turun dünən axşam keçirilən son oyununda “Tottenhem” ??? Yeri gəlmişkən, hesabat turundan sonra iki baş məşqçi qovuldu – “Çelsi” Qrehem Potter, “Lester” isə Brendan Rocers ilə vidalaşdı. “Çelsi”də baş məşqçi səlahiyyətlərinin icrası Bruno Saltora tapşırılıb.

Turun rəqəmi
100 – MS Qvardiolanın rəhbərliyi altında premyer-liqada qazandığı ev qələbələrinin sayını bu həddə çatdırdı. Komanda kataloniyalı mütəxəssisini dönəmində “Etihad”da keçirdiyi 128-ci oyunda buna nail oldu. Qvardiola “Arsenal”la 100-cü ev qələbəsini 139-cü oyunda qazanan Vengerin rekordunu yenilədi.

Turun ulduzu
Cek Qriliş (Mançester Siti) – Mahrez, De Bruyne, Alvares və Gündoğan da qələbə yolunda əlindən gələni etdi. Ancaq turun ən yaxşısı Qrilişdi. Hücumun sol cinahında yer alan futbolçu driblinq və ötürmələr ilə “qırmızılar”a əziyyət verdi. Qol və məhsuldar ötürmə onun fəallığının məntiqi nəticəsidi.

Faktlar
* Salah premyer-liqa yaranandan bəri “Liverpul”un səfərdə ən çox qol vuran oyunçusudu. 55-ci dəfə fərqlənən misirli bu göstəricidə Oueni geridə qoydu. Salah həmçinin Qvardiolanın rəhbərlik etdiyi komandaların qapısından 10-dan artıq (11) qol keçirən ilk futbolçudu.
* Qvardiola Kloppa qarşı keçirdiyi 28-ci oyunda 11-ci qələbəsini qazandı (5 heç-heçə, 12 məğlubiyyət).
* Milner premyer-liqada oyun sayına görə 3-cü pilləyə yüksəldi. “Liverpul”un 37 yaşlı xavbeki 609-cu oyuna çıxmaqla Lemparda çatdı. Premyer-liqa tarixində yalnız iki futbolçu bundan artıq oyun keçirib: Berri (653) və Giqqz (632).
* “Aston Villa” Emerinin rəhbərliyi altında çıxdığı ilk oyundan (06.11.2022) bəri 9-cu qələbəsini qazandı. Bu müddətdə yalnız iki komanda premyer-liqada daha çox qələbəyə sevinib: “Arsenal” (13) və MS (10).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

14-03-2023, 19:0

İngiltərə premyer-liqasının 27-ci turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

26-05-2022, 10:0

Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • 4-06-2026, 18:0
    Tellur daha iki il "Sabah"da
Daha çox
Oxunub: 362
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 184
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə