Qrizmannın yolu Amerikayadı?

4.03.2026 15:20 10
Dünya futbolu
Antuan Qrizmann tezliklə “Atletiko”nu tərk edə bilər. “Atletiko”nun hücumçusunun yaxın günlərdə Amerikaya yollanması gözlənilir.

"Football-plus.az" xəbər verir ki, o, “Orlando Siti”yə (ABŞ) transfer oluna bilər. Bu haqda yazan tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında danışıqlar tam sürətlə davam edir və son günlərdə bu planda əhəmiyyətli irəliləyiş əldə olunub.

“Orlando Siti”nin idman direktoru Rikardo Moreyranın Madridə səfərindən sonra yaxın həftələrdə Antuanın kluba qoşulmasını istədiyi bildirilir.

Qeyd edək ki, 34 yaşlı futbolçu 210 qolla “Atletiko” tarixinin bombardiridi. Qrizmann bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul