Mikels məşqdən şəklini tapmadı, acıqlandı – qol vur, fotoqrafları məcbur et!

25.11.2026 16:52
Ölkə futbolu / Manşet
“Sabah”ın dünən “Barselona” ilə oyundan əvvəl keçirdiyi açıq məşqdən sonra maraqlı hadisə yaşanıb. Belə ki, “bayquşlar”ın sosial şəbəkə hesablarında məşqdən paylaşdığı şəkillərdə Coy-Lens Mikels yer almayıb. Almaniyalı həmin paylaşımın rəy bölümünə “Mikels hardadı?” yazaraq klub fotoqrafına etirazını bildirib. Ardından öz şəxsi “instaqram” səhifəsində polşalı fotoqraf Martsin Petrjakın açıq məşqdən çəkdiyi fotolarını paylaşıb.

Beləliklə, narahat olmağa əsas yoxdu. Mikels oyunöncəsi son məşqdə iştirak edib. Klubun fotoqrafından incik düşüb-düşmədiyini isə bilmirik. Ümid edək ki, futbolçu bu gün “Barselona”ya qol vurmaqla bütün fotoqrafları obyektivi ona tuşlamağa məcbur edəcək.

KƏNAN BAHADIR