“Qarabağ” xanım azarkeşləri üçün növbəti ev oyununa pulsuz giriş imkanı yaradıb.
"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edəcək Ağdam təmsilçisinə dəstək olmaq istəyən xanımlar QR biletləri ödənişsiz əldə edə bilərlər.
Biletlərin verilməsinə noyabrın 26-dan başlanılacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə aşağıdakı ünvanlara müraciət etmək lazımdı:
Heydər Əliyev Sarayının kassası;
28 Mall AVM-in 3-cü mərtəbəsində yerləşən Fan Store.
QR biletləri qarşılaşmanın keçiriləcəyi gün “Azersun Arena”nın kassasından da götürmək mümkün olacaq.
Stadiona giriş yalnız QR biletlə təmin ediləcək. “Qarabağ” – “Sumqayıt” görüşü noyabrın 29-da “Azərsun Arena”da keçiriləcək və saat 17.00-da başlayacaq.
"Qarabağ" xanım azarkeşlər üçün biletləri pulsuz etdi
Ölkə futbolu





