MBA futbol klublarını basketbolla bağlı ideyaya qoşmaq istəyir

25.11.2026 15:23
İdman
Milli Basketbol Assosiasiyası (MBA) Avropanın bəzi aparıcı futbol klublarını qitədə basketbolun inkişafı ilə bağlı konsepsiyasını dəstəkləməyə inandırmaq üçün milyardlıq infrastruktur fondu yaratmaq üzərində çalışır. Bununla bağlı xəbəri “Sky News” yayıb.

"Football-plus.az" xəbər verir ki, MBA-nın yaratmağı planlaşdırdığı yeni infrastruktur fondunu nəhəng dünya təşkilatlarının konsorsiumu maliyyələşdirəcək. Həmin vəsaiti arenaların inkişafına, həmçinin “Milan”, PSJ, “Barselona”, “Real” kimi top-klubların bu layihəyə cəlb olunmasına yönəltmək planlaşdırılır.

MBA-da istəyirlər ki, bu klublar 2027-ci ildə işə salınması gözlənilən yeni “NBA Europe” turnirinə qoşulsunlar. İş ondadı ki, Avroliqa rəhbərliyi hələ də MBA-nın bu turniri satın almaq və vahid turnir yaratmaq təşəbbüsünə müsbət cavab vermir.