“Sabah”ın möcüzəsi 20 qat (!) qazanc vəd edir

25.11.2026 16:15
Avrokuboklar
“Sabah” – “Barselona” matçının mümkün nəticələri ilə bağlı proqnozlar müxtəlifdi. “Bayquşlar”ın İspaniya nəhəngi ilə matçda böyük hesabla uduzacağını deyənlər də var, abırlı məğlubiyyət yaşayacağını da. Qələbə isə təbii ki, heç kimin ağlına gəlmir. Hər halda, buna səviyyə fərqi imkan vermir.

Bu arada bukmekerlərin də matçla bağlı əmsalları açıqlanıb. “Football-plus.az” Azərbaycanın qanuni mərc saytı “Misli.az”a istinadla həmin əmsalları təqdim edir.

“Sabah”ın qələbəsi – 20,00
Heç-heçə - 11,50
“Barselona”nın qələbəsi – 1,05


Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21.45-də start götürəcək.

KƏNAN BAHADIR