“Atletiko” iki rekordçusu ilə anlaşdı

15.06.2025 00:53 19
Dünya futbolu
"Atletiko" Antuan Qrizmannla müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, fransalı hücumçu ilə yeni razılaşma 2027-ci il iyunun sonuna kimi nəzərdə tutulub.

Antuanın "Atletiko" karyerası 2014/15 mövsümündə start götürüb. O, qısa müddət "Barselona"da çıxış etsə də, yenidən Madridə dönüb. Antuan son mövsümdə 53 oyunda 16 qol və 9 ötürmə ilə yadda qalıb.

Həmçinin 197 qolla klub tarixinin ən sərrast futbolçusudu. Bu arada Kokenin də daha bir mövsüm "Atletiko"nun şərəfini qoruyacağı açıqlanıb. 33 yaşlı futbolçunun "hindular"la 2026-cı ilin yayına kimi müqaviləsi var.

Şərtlərə görə tərəflər hər mövsümün sonunda qarşılıqlı razılıq əsasında müddətin uzadılmasında qərar verir.

Yeri gəlmişkən, Koke oyun sayına görə Madrid klubunda rekordçudu. 2009-cu ildən komandanın formasını geyən kapitan 681 dəfə meydana çıxıb.